Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürüb

© Photo : Aqreqator.azXalq artisti Şeyx Əbdül Mahmudbəyov
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov - Sputnik Azərbaycan
Abunə olmaq
Rejissor Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirib.

BAKI, 28 avqust — Sputnik. Səhhətində yaranan problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb.

Шон Пенн и его возлюбленная Лейла Джордж, фото из архива - Sputnik Azərbaycan
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi

Sputnik Azərbaycan xəbər verir ki, rejissor Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirib:

"Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir. Özümü pis hiss edirdim, zəifləyirdim. Hazırda sistem qoyulub. Mədə-bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndəriləcəyəm. Anar Ələkbərova dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Qatır Məmməd", "Nəsimi", "Yeddi oğul istərəm", "Ən vacib müsahibə", "Bir məhəllədən iki nəfər", "O qızı tapın", "Qorxma, mən səninləyəm", "Qətl günü" və s. filmlərinə çəkilən Xalq artisti, həm də 10-dan artıq filmin rejjisoru və ssenari müəllifi olub.

Xəbər lenti
0