BAKI, 27 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir. Bu il oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında dərslər başlayacaq və həftədə 2 dəfə olmaqla dərslər keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib. O, bildirib ki, qruplar 2 hissəyə bölünəcək: "Həftədə 2 dəfə bir qrup, digər 2 gündə isə digər qruplar gələcək. Bu proses noyabrln 2-ə qədər davam edəcək”.