BAKI, 27 avqust — Sputnik. Ali təhsil müəssisələrində sentyabrın 15-dən distant təhsilin başlanması nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə bildirib.
O deyib ki, 1 oktyabr tarixindən I kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən ali təhsil müəsissələri ilə tanışlığı məqsədilə dərsə gəlməsi planlaşdırılır. “15 oktyabr tarixindən isə bəzi ixtisaslar üzrə, məsələn, tibb, laborator müayinəsi üzrə əyani təhsilin müəyyən protokollar əsasında keçilməsi planlaşdırılır. 2 noyabr tarixindən isə qərar fərqli verilə bilər”.