“Uyğunsuz axşam” uğur gətirdi – 120 əsər arasında ən yaxşısı

© © Jeroen JUMELET / ANP / AFPMarika Lukas Reyneveld, arxiv şəkli
Marika Lukas Reyneveld, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kitab ictimailəşəndən sonra tez bir zamanda Niderlandda 55 000 nüsxə ilə satılıb və dünya ölkələrinin də diqqətini çəkib.

BAKI, 27 avqust — Sputnik. 2020-ci ildə Beynəlxalq Buker mükafatının qalibi niderlandlı Marika Lukas Reyneveld olub. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı yazıçının "Uyğunsuz axşam" romanı təqdim olunan 120 əsərdən ən yaxşısı seçilib.

 “Zolaqlı pijamalı oğlan” romanın afişası - Sputnik Azərbaycan
Ən qısa vaxtda yazılan möhtəşəm roman - İki gün və 5 milyon

Kitabda Niderlanddan olan Yas adlı qızdan və onun xristian fermer ailəsindən söhbət gedir. Əsərin qəhrəmanının qardaşının itməsi ilə ailəyə bədbəxtlik gəlir.

Kitab ictimailəşəndən sonra tez bir zamanda Niderlandda 55 000 nüsxə ilə satılıb və dünya ölkələrinin də diqqətini çəkib.

Müsabiqədə beş münsif 120 əl işini təhlil edib. Birinci yer üçün iddiaçılar arasında iranlı yazıçısı Şokufe Azar, argentinalı Qabriela Kamara, meksikalı Fernanda Melxor və alman Daniel Kelman da olub.

Qeyd edək ki, mükafatlandırma mərasimi əvvəlcə may ayı üçün planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı.

Məlumat üçün bildirək ki, ingilis tərcüməsində bədii ədəbiyyatın ən yaxşı işinə görə Beynəlxalq Buker mükafatı 2004-cü ildə təsis edilib, 2016-cı ildən bu yana hər il verilir. Mükafat yazıçıların keçmiş uğurlarını nəzərə almır. Onlar ingilis dilinə tərcümə edilmiş, İngiltərədə və ya İrlandiyada nəşr olunan xüsusi bir əsər üçün təltif olunurlar.

Xəbər lenti
0