CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya fövqəladə vəziyyətdən nə zaman qurtulacaq?

© AFP 2023 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə vaxt ki bütün ölkələrdə yoluxma və ölüm sayı azalacaq, ölkələr arası yoluxma olmayacaq, o zaman fövqəladə vəziyyət ləğv olunacaq" - ÜST rəsmisi

BAKI, 26 avqust — Sputnik. "ÜST-də vəziyyəti yenidən gözdən keçirtmək üçün görüşlər keçirilir. Ümumi rəyə əsasən, fövqəladə vəziyyət davam etməlidir. Nə vaxt ki bütün ölkələrdə yoluxma və ölüm sayı azalacaq, ölkələr arası yoluxma olmayacaq, o zaman fövqəladə vəziyyət ləğv olunacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında deyib.

M.Harris bildirib ki, hazırda dünya bu şərtlərdən çox uzaqdadır. Harris ÜST-ün COVID-19-la mübarizədə dünyaya nümunə göstərdiyi Yeni Zelandiyada son günlərdə yoluxmanın artmasına da münasibət bildirib: "Müəyyən məsələlər var ki, onları ayrılıqda təhlil etmək lazımdır. Yeni yoluxma halları yenə də olacaq, sadəcə olaraq biz yoluxmanı azaltmağa çalışmalıyıq. Lakin qeyd edim ki, bu gün Yeni Zellandiya rəhbərliyi ilə cəmiyyət arasında güclü tərəfdaşlıq var. Rəhbərlik yeni yoluxma halları olduqda cəmiyyətə müəyyən məsləhətlər verir, cəmiyyət də bunu anlayaraq tələblərə əməl edir".

"Yeni Zelandiyaya gediş-gəliş olduğundan yeni yoluxma halları var, lakin onlar bununla belə rəqəmləri aşağı həddə saxlayırlar", - deyə Harris əlavə edib.

Xəbər lenti
0