BAKI, 26 avqust — Sputnik. "Yeni yoluxma hallarının harada və necə baş verdiyini anlamaq lazımdır. İnsanlar birgə çoxlu vaxt keçirirlər, bu kimi hallara yol vermək olmaz. Xüsusi ilə qapalı məkanlarda insanların toplaşması düzgün deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxmuş olur".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında təxminən 2 həftə öncə Azərbaycanda COVID-19-a yoluxmada gündəlik statistikanın 2 rəqəmlidən 3 rəqəmliyə artması ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, yoluxma sayı artırsa, həyəcan təbili çalmaq, əhalini ayıq-sayıq olmağa, tövsiyə olunan təlimatlara əməl etməyə səsləmək lazımdır: "Bir yerə yığışmamaq şərtilə mümkün qədər açıq havada vaxt keçirtmək lazımdır. Çünki qapalı məkanlara toplaşmaq virus üçün ən yaxşı şərait yaratmaq deməkdir".