Ədliyyə Nazirliyi inzibati binadakı yanğın barədə məlumat yayıb

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidYanğın şlanqı, arxiv şəkli
Yanğın şlanqı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşbəxtlikdən xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb.

BAKI, 26 avqust — Sputnik. "Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb".

Sputnik Azərbaycan Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib.

Qeyd edək ki, xoşbəxtlikdən xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb.

Xəbər lenti
0