CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidirlər"

© Photo : ONAДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Danışıqlar danışıqlar naminə deyil, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir" - Sergey Lavrov

BAKI, 26 avqust — Sputnik. Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin həllində aktiv rol oynayacağına ümid edirik. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, münaqişənin nizamlanmasında irəliləyiş müşahidə olunmur, Ermənistan işğalı davam etdirir, Azərbaycan ərazilərində, xüsusən Yaxın Şərqdən etnik ermənilərin qanunsuz məskunlaşdırmasını aparır.

"Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusudr. Ermənistan sülh prosesini pozmaqda davam edir. 12 iyulda Tovuz hadisəsi bunun göstəricisidir. Ermənistan yeni əraziləri işğal etmək üçün təxribat həyata keçirdi. Hadisə nəticəsində 76 yaşlı mülki sakin öldürüldü. Bu, planlaşdırılmış provakasiya idi və bir neçə məqsəd daşıyırdı".

Nazir qeyd edib ki, ilk növbədə Ermənistan rəhbərliyi daxili problemlərdən diqqəti yayındımaq istəyib. Eyni zamanda Tovuz Qarabağ münaqişəsindən uzaqdır. Tovuzda mühüm enerji kəmərləri keçir. C.Bayramov Ermənistanın hərbi təxribatının davam etdiyini bildirib:  "23 avqustda kəşfiyyat diversiya qrupu hücuma keçməyə cəhd edib. Bunun qarşısı alındı, komandir əsir götürüldü. Bizim münaqişə ilə bağlı mövqeyimiz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Ermənistan işğal edilmiş əraziləri qaytarmalı, qaçqınlar öz ərazilərinə qayıtmalıdır. Həmsədrlər Ermənistana konstruktiv mövqe nümayiş etdirmək və əsaslı danışıqlara başlamaq üçün üçün təsir göstərməlidirlər”.

Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla  görüşdə bildirib ki, ümumi mövqe nizamlanma prosesinin davam etdirilməsidir. Bunun üçün lazımi atmosfer yaradılmalıdır: "Bu gün həmkarım Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ətraflı müzakirə etdik. Sabit, dayanıqlı danışıqlar prosesi üçün lazımi atmosferi təmin etmək vacibdir. Lakin danışıqlar danışıqlar naminə deyil, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”.

Xəbər lenti
0