Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin bu təklifi gündəmi silkələdi

© Photo : Facebook / Mehriban ZekiXalq artisti Mehriban Zəki, arxiv şəkli
Xalq artisti Mehriban Zəki, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət büdcəsindən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq sarayları teatrlara verilsin"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Xalq artisti Mehriban Zəki verdiyi təkliflə diqqət çəkib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bəzi şadlıq saraylarının teatr binasına çevrilməsini təklif edib. Xalq artisti bu barədə özünün "Facebook" səhifəsində yazıb:

"Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz-yurdsuzdur. Dövlət büdcəsindən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarını teatrlara verilsin. Mədəniyyətimizə daha çox xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, Səda tədris teatrı və daha neçə teatrın binası olsun".

Xalq artisti əlavə edib ki, "bəzi "sahibkar"ların büdcədən, xalqdan oğurluq edib tikdirdiyini sübut etdikdən sonra səlahiyyət dövlətindir. Maraqları formalaşdırmaq, yönləndirmək zamanıdır. Qanun və hüquq normaları hər şeydən üstün olmalıdır. Əks təqdirdə, mədəni cəmiyyət formalaşdırmaq çətindir".

Qeyd edək ki, sənətçinin bu təklifi sosial mediada maraqla qarşılanıb. İstifadəçilər M.Zəkiyə şərh yazaraq ona dəstək veriblər.

Xəbər lenti
0