Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qan plazmasından istifadə edərkən diqqətli olmaq lazımdır

© AFP 2024 / RODRIGO ARANGUAQan plazması, arxiv şəkli
Qan plazması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Müəyyən insanların plazmasında digər insanların orqanizminə pis reaksiya verə biləcək maddələr ola bilər. Ona görə də bu müalicə üsulu yüksək keyfiyyətli şəraitdə icra olunmalıdır. Yəni, elmi baxımdan da bu kimi hallar araşdırılmalıdır"- ÜST rəsmisi.

BAKI, 26 avqust — Sputnik. "Qan plazmasından istifadə kifayət qədər köhnə konsepsiyadır. Biz indiyədək də müxtəlif infeksion xəstəliklərin müalicəsində bu metoddan istifadəni görmüşük. Burada məqsəd odur ki, virusdan sağalan şəxsin bədənində yaranan antitellər xəstə olan şəxslərin səhhətini də qorumağa imkan verər. Lakin qeyd edim ki, bu üsul heç də hər zaman işə yaramır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında deyib.

O bildirib ki, bu üsulu tətbiq edərkən ehtiyyatlı olmaq lazımdır: "Müəyyən insanların plazmasında digər insanların orqanizminə pis reaksiya verə biləcək maddələr ola bilər. Ona görə də bu müalicə üsulu yüksək keyfiyyətli şəraitdə icra olunmalıdır. Yəni, elmi baxımdan da bu kimi hallar araşdırılmalıdır".

 

Xəbər lenti
0