Məşhur model: "Bədənimi üç dəqiqə ərzində mənfi 110 dərəcəyə qədər dondururam"

© Photo : Instagram / ginastewartofficial Cina Stüart, arxiv şəkli
Cina Stüart, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
C.Stüart dərisinin cavan qalması üçün itburnu yağından istifadə etdiyini və düzgün qidalanmağa çalışdığını vurğulayıb

BAKI, 26 avqust — Sputnik. Avstraliyalı model Cina Stüart cavan və cazibədar qalmağının sirlərini bölüşüb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı model bildirib ki, maye azot proseduru yaşından daha gənc görünməyə kömək edir. Hər zaman cəsarətli, açıq-saçıq geyimləri ilə diqqəti cəlb edən C.Stüart: "Mən hər seansda bədənimi üç dəqiqə ərzində mənfi 110 dərəcəyə qədər dondururam", - deyə etiraf edib.

Bundan başqa, C.Stüart dərisinin cavan qalması üçün itburnu yağından istifadə etdiyini və düzgün qidalanmağa çalışdığını vurğulayıb.

Xəbər lenti
0