CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy qadağasının daha bir fəsadı - Nişanlı qızın cehizlərini oğurladılar

© Depositphotos.com / Photographee.euВор во время проникновения в чужой дом
Вор во время проникновения в чужой дом - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

BAKI, 25 avqust — Sputnik. Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0