Ənənəvi müharibələr tarixə qovuşur? İlk tankçılar artıq qərar veriblər

© © TONY NICOLETTI / POOL / AFP"Challenger 2" tankı, arxiv şəkli
Challenger 2 tankı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya tanklardan və piyadanın döyüş maşınlarından imtina etməyi planlaşdırır. Hərbi şərhçi Aleksandr Jilin Sputnik radiosunun efirində bu qərarın səbəbləri barədə fikirlərini bölüşüb

BAKI, 25 avqust — Sputnik. Böyük Britaniya hökuməti silahlı qüvvələrin müasirləşdirilməsi təklifi çərçivəsində tanklardan imtina etmək imkanını nəzərdən keçirir. Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, buna səbəb "Challenger 2" tanklarının və "Warrior" piyadanın döyüş maşınlarının müasirləşdirilməsinin baha başa gəlməsi olub. Böyük Britaniyanın Müdafiə Nazirliyində hesab edirlər ki, müharibə aparılmasının dəyişən xarakteri kibersilahlara, kosmosa və digər qabaqcıl texnologiyalara böyük investisiyalar tələb edir.

Azərbaycanlı tankçılar Alabinoda: tank yürüşündən kadrlar  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanlı tankçılar Alabinoda: tank yürüşündən kadrlar

Bildirilir ki, tanklardan imtina hökumətin nəzərdən keçirdiyi xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri çərçivəsində müzakirə edilir və bu müzakirələr noyabrda başa çatmalıdır.

Sputnik radiosunun efirində hərbi şərhçi, Milli Təhlükəsizliyin İctimai Tətbiqi Problemlərinin Öyrənilməsi Mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin Britaniyanın bu qərarının səbəbləri barədə fikirlərini bölüşüb.

"Güman ki, Britaniya hərbçiləri bütün dünyada gedən hibrid müharibələri, hətta ənənəvi silahlı qüvvələri tətbiq etmədən belə, effektiv aparmağın mümkün olduğu qənaətinə gəliblər. Biz bunu çox gözəl görürük. Vətəndaş müharibələri daha çox ziyan vurur. Bundan başqa, bir sıra ölkələr yeni fiziki prinsiplərə əsaslanan silahların yaradılmasına diqqət yetirirlər. Söhbət nüvə silahına malik ölkələrin peyk qruplaşmalarına zərbə vurmaq üçün kosmosun hərbiləşdirilməsindən də gedir", – Aleksandr Jilin bildirib.

Qeyd edək ki, döyüşdə istifadə edilmiş ilk tank (Somma döyüşü, 15 sentyabr 1916-cı il) ilk dəfə Britaniyada yaradılmış "Mark I" ağır tankı olub.

Xəbər lenti
0