Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: "Türkiyə iqtisadiyyatının qaza tələbatının 30 faiz artması proqnozlaşdırılır"

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Türkiyə qaza olan tələbatını qarşılamaq üçün alternativ istiqamətlərdə addımlar atmalı idi
Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”

“Türkiyə qaza olan tələbata görə 99 faiz idxaldan asılıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, enerji asılılığına görə il ərzində 40 mlrd dollar vəsait xaricə köçürülür: “Bunun nəticəsi olaraq həm ticarət saldosunda, həm tədiyyə balansında kəsirlər müşahidə edilir. Bu prosesin davamı olaraq ölkənin milli valyutası dəyərsizləşir. Tapılan qaz yatağı enerji tələbatının şaxələndirilməsi üçün müəyyən imkanlar formalaşdırır. Qeyd edim ki, növbəti on ildə Türkiyə iqtisadiyyatının qaza tələbatının 30 faiz artması proqnozlaşdırılırdı. Bu baxımdan Türkiyə qaza olan tələbatını qarşılamaq üçün alternativ istiqamətlərdə addımlar atmalı idi”.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə qaz yatağı kəşf edildiyini açıqlayıb. “Fatih” qazma gəmisi tərəfindən “Tuna 1” yatağında aparılan kəşfiyyat işləri nəticəsində yataqda 320 milyard kubmetr həcmində qaz ehtiyatlarının olduğu bildirilir.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0