BAKI, 25 avqust — Sputnik. Bakıda baş verən yol qəzası sıxlığa səbəb olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb. O bildirib ki, Moskva prospekti, 20 Yanvar dairəsi istiqamətində eyni vaxtda iki yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.