CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümlə həyat arasında çarpışan qəhrəman - Süni nəfəs aparatı, reanimasiya...

© Sputnik / StringerEmir Muradzadə
Emir Muradzadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Baş həkimi adətən öz otağında görməyə alışmışıq. Yəni, ilk dəfə Mərkəzi Gömrük Hospitalında baş həkimi palatada gördüm. Həqiqətən, bunun özü də xəstə üçün az bir şey deyil"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Çinin Uhan şəhərində yeni tip koronavirus infeksiyasının yayıldığını eşidəndə, heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa bu xəstəlik Azərbaycanı da cənginə alacaq və beş-altı ay sonra özüm də yoluxacağam.

Bunu Sputnik Azərbaycan-a COVID-19-a yoluxmuş gənc tələbə Emir Muradzadə deyib. O, hələlik virusu tam məğlub etməsə də, ilkin mərhələdə ona qalib gəlmiş sayıla bilər. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi olan Emir, "Beynəlxalq münasibətlər və idarəetmə - Norveçşünaslıq" ixtisası üzrə təhsil alır. Dediyinə görə, mart ayında Azərbaycanda da COVID-19-la bağlı gündəlik rəqəmlər açıqlanmağa başlayanda, tələblərə ciddi əməl edib. Maska taxıb, sosial məsafəni gözləsə də, xəstəlik ondan yan keçməyib.

"Düşünürəm ki, ictimai nəqliyyatda yoluxmuşam, çünki hansısa xəstə ilə birbaşa təmasda olmamışam. İctimai nəqliyyatda, qapalı yerlərdə maska taxsaq belə, yoluxma ehtimalı olur", - deyə həmsöhbətimiz qeyd edir.

© Sputnik / StringerCOVID-19-a yoluxmuş gənc tələbə Emir Muradzadə (mərkəzdə)
Ölümlə həyat arasında çarpışan qəhrəman - Süni nəfəs aparatı, reanimasiya... - Sputnik Azərbaycan
COVID-19-a yoluxmuş gənc tələbə Emir Muradzadə (mərkəzdə)

O, xəstəliyin ilkin əlamətlərini avqustun 4-də özündə hiss etməyə başlayıb: "Binədə, bibimgildə idim. Səhər durdum, təxminən 40-45 dəqiqə dayanmadan öskürdüm, sinəmdə ağır göynəmə oldu. Sonra anamın yanına, bağa getdim, ciyərlərimdə bir ağırlıq hiss edirdim. Uzandım, dedim yəqin keçər. Düzü, COVID-19-un simptomlarını bilsəm də, bir-iki simptoma görə təlaşa düşmək istəmədim. Həmin gün iki dəfə ishal, ürəkbulanmanın olması artıq şübhələrə əsas yaratdı. Getdikcə səhhətimdə ağırlaşma hiss edirdim və anamın təkidi ilə həkimə müraciət etdim. Kompüter tomoqrafiyasından keçəndə ağciyərimdə buzlu şüşə aşkarlandı".

Bundan sonra Emir ev şəraitində ailə həkimlərinin təlimatları ilə müalicə almağa başlayıb. Bir müddətdən sonra səhhətində pisləşmə baş verib. "Semaşko" xəstəxanasında yatanadək onda təngnəfəslik və digər ağır əlamətlər olmayıb. Saturasiya indeksi də qaydasında olub. Avqustun 12-dən sonra vəziyyəti ağırlaşıb. Daha iki gün 1 saylı Kliniki Tibbi Mərkəzdə qalıb. Lakin səhhətində heç bir irəliləyiş olmayıb.

Sonra ölüm-dirim mübarizəsi başlayıb. Hətta başqa xəstəxanaya nəql edilmək üçün mindirildiyi Təcili Tibbi Yardım maşınında ünvan başına sağ gedib çata bilməmək qorxusu içinə dolub: "Təcili Tibbi Yardım briqadası məni süni nəfəs aparatına qoşaraq Mərkəzi Gömrük Hospitalına gətirdi. Yolda dözə bilməyəcəyimi düşünür, hospitala çatacağıma inanmırdım. Bura daxil olanda saturasiyam 50-60 arası idi.  4-5 gün reanimasiyada qaldım. Tural Sadlqov, Mirmənsim, Aynur, Sevinc və adını unutduğum digər həkimlər reanimasiyada mənə qulluq etdi, nəzarətdə saxladı. Saturasiyam 50-lərdə olduğundan məni daha çox həyəcan bürüyürdü. Artıq həyatım süni nəfəs aparatından asılı idi".

© Sputnik / StringerCOVID-19-a yoluxmuş gənc tələbə Emir Muradzadə
Ölümlə həyat arasında çarpışan qəhrəman - Süni nəfəs aparatı, reanimasiya... - Sputnik Azərbaycan
COVID-19-a yoluxmuş gənc tələbə Emir Muradzadə

Emir artıq 5 gündür ki, reanimasiyadan stasionara köçürülüb. Həkimlərin xəstələrin ayağa qalxması üçün əllərindən gələni etdiklərini bildirib. Burada bizim nazımızla oynayırdılar, qidalanmamız normal idi, lazım olduqda tələbdən daha artığını edirdilər. Baş həkim, Faiq, Hümmət və Afət həkim də hər gün səhər tezdən mənə, eyni zamanda da digər xəstələrə də şəxsən baş çəkirdilər. Baş həkim hər gün o kambenzonu geyərək bizə baş çəkirdi. Daha öncə yatdığım xəstəxanada mən bunu görmədim. Çünki biz baş həkimi adətən öz otağında görməyə alışmışıq. Yəni, ilk dəfə Mərkəzi Gömrük Hospitalında baş həkimi palatada gördüm. Həqiqətən, bunun özü də xəstə üçün az bir şey deyil. Bu həm də psixoloji dəstəkdir".

Bəli, ekspertlər də deyir ki, bu gün psixoloji dəstək istənilən xəstəliyin sağalmasında ən böyük amildir. Həmçinin, adını bir neçə aydır ki, gündəlik həyatımıza daxil etdiyimiz, haqqında hələlik bir çox həqiqətləri bilmədiyimiz bu xəstəliyə qalib gəlmək üçün də psixoloji dəstək ən önəmli rola malikdir. Təbii ki, burada da ən böyük yük xəstənin yaxınları ilə yanaşı tibbi personalın üzərinə düşür...

Xəbər lenti
0