BAKI, 24 avqust – Sputnik. 2021-ci il iyunun 18-də İranda prezident seçkiləri keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Seçki Komissiyasının sədri Camal Orf mətbuat konfransında deyib.
C.Orfun sözlərinə görə, bu, İranda İslam İnqilabından sonra 13-cü prezident seçkiləri olacaq.
C.Orf əlavə edib ki, İranda prezident seçkilərinə hazırlıq fevral ayından başlayacaq. Belə ki, seçkilərdə namizədliyini irəli sürmək istəyən şəxslər 3 ay öncədən istefa verməlidirlər.
Qeyd edək ki, prezident Həsən Ruhaninin başçılıq etdiyi İranın hazırkı hökumətinin fəaliyyət dövrü gələn avqustda başa çatacaq.