BAKI, 24 avqust — Sputnik. Litva Belarusun hava məkanını pozmağa çalışıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Belarus Müdafiə Nazirliyi "Telegram" kanalında yayıb.
Avqustun 23-ü axşam saatlarında Belarus silahlı qüvvələri Oşmyan rayonunun Volkovşina yaşayış məntəqəsi yaxınlığında "təxribatın" qarşısını alıblar: həmsərhəd ərazidən səkkiz hava şarından ibarət zond vasitəsilə antidövlət simvolikası havaya buraxılıb.
Nazirlikdə deyiblər ki, "Mi-24" helikopterlərinin ekipajlarının hərəkətləri sayəsində hava şarlarının qarşısını silahdan istifadə etmədən almaq mümkün olub.
Hadisə barədə məlumat "Litva tərəfinə nota hazırlanması üçün" Xarici İşlər Nazirliyinə göndərilib.