CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”

© Sputnik / Nigar IskanderovaDAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır
Samir Dübəndi: “Beynəlxalq turizmin vəziyyəti epidemioloji vəziyyətdən asılıdır”

“Karantin qaydaları yumşalsa, eyni zamanda rayonlar arası gediş-gəliş açılarsa, daxili turizmdə canlanma müşahidə edə bilərik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, builki turizm mövsümü itirilmiş sayılır: “Ancaq yumşalma tədbirləri olarsa, mövsümü bir qədər uzatmaq olar. Beynəlxalq turizmin vəziyyəti isə ümumi epidemioloji vəziyyətdən asılıdır. Ona görə də bu məsələni proqnozlaşdırmaq bir qədər çətindir. Amma düşünürəm ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır. Turizmin bərpası üçün bəzi ölkələrlə viza rejiminin ləğv olunması, eni istiqamətlərə hava reyslərinin açılması yardım edə bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0