Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST nümayəndəsindən ikinci dalğa barədə optmist proqnoz

© REUTERS / AKHTAR SOOMROТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyada koronavirusla bağlı son vəziyyət barədə danışan Querra bildirib ki, ölkədə virusa yoluxan insanların sayı yenidən artıb.

BAKI, 23 avqust - Sputnik. “Tibbi qurumlar COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün hazırda bütün lazımi vasitələrə malikdirlər”

“Report”un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin strateji təşəbbüslər üzrə köməkçisi Ranieri Querra söyləyib.

“İkinci dalğa? Onun gələcəyi fakt deyil və hər halda bunun qarşısını ala bilərik. Bu gün bunun üçün bütün vasitələrimiz mövcuddur” - deyə, o bildirib.

İtaliyada koronavirusla bağlı son vəziyyət barədə danışan Querra bildirib ki, ölkədə virusa yoluxan insanların sayı yenidən artıb:

“Bu da xüsusilə diaqnostikanın yaxşılaşdırılması və genişlənməsi ilə əlaqəlidir. Başqa sözlə, infeksiyanın artması nəzərdə tutulurdu. Ancaq ciddi xəstələrin sayının artmasının qarşısını almaq olar, çünki bunu etməyi öyrəndik, təəssüf ki, ağrılı bir təcrübədən sonra”.

Mütəxəssis, həmçinin asimptomatik hallarla bağlı xəbərdarlıq edib:

“Əminik ki, çox yüngül simptomlar da orta və uzunmüddətli dövrdə sağlamlığa zərər verə bilər. Soyuqdəymə, adi simptomlar diqqətsiz qalmamalıdır. Ciddi nəticələrin ola biləcəyi aydındır. Doğrudan da, az sayda gənc reanimasiya şöbələrində olur. Ancaq, virus növbəti etapda daha ağır fəsadlar verə bilər”.

Xəbər lenti
0