Çin həşərat əsaslı vaksinin insanlar üzərində sınağına başlayır

CC BY 2.0 / Phil and Pam Gradwell / DripУкол пациенту в больнице. Архивное фото
Укол пациенту в больнице. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sıçuan Universitetinin laboratoriyasında yaradılan preparat artıq meymunlar və digər heyvanlar üzərində uğurla təcrübə edilib

BAKI, 23 avqust - Sputnik. Çində həşəratların hüceyrələri əsasında yaradılmış koronavirus vaksininin insanlar üzərində sınanılmasına icazə veriblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, müvafiq qərarı ÇXR-in Tibbi Məhsullar üzrə Dövlət İdarəsi verib.

Sıçuan Universitetinin laboratoriyasında yaradılan preparat artıq meymunlar və digər heyvanlar üzərində uğurla təcrübə edilib.

Universitetin mütəxəssisləri bildirirlər ki, məhsul üzərində iş bir neçə ay ərzində aparılıb və onlar indiyədək hər-hansı kənar təsiri üzə çıxmayan, yüksək keyfiyyətli peyvənd yaradıblar.

Bildirilir ki, bi preparat ildə 100 milyon komplekt həcmində istehsal olunacaq.

Xəbər lenti
0