CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Onlar bilərəkdən qaydaları pozurlar" - Vitse-spiker

© Photo : APAДепутат Милли Меджлиса АР Адиль Алиев, фото из архива
Депутат Милли Меджлиса АР Адиль Алиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar"

BAKI, 22 avqust — Sputnik. Milli Məclisin vitse-spikeri, deputat Adil Əliyev vəzifəli şəxslərin karantin qaydalarını pozmasına sərt münasibət bildirib. Sputnik Azərbaycan bildirir ki, deputat Facebook sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib: "Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.

Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın".

 

Xəbər lenti
0