BAKI, 22 avqust — Sputnik. Ermənistan ordusu Tovuzun Ağdam kəndini atəşə tutub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, güllələr kənd sakini Bağırova Laçın Zaman qızının evinə və həyətinə düşüb. Yaşayış evinə ziyan dəyib.
Qeyd edək ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində vəziyyət gərginləşdikdən sonra qarşı tərəf dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub.
Sonuncu dəfə avqustun 17-də Tovuzun Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb. İyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb