BAKI, 22 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
View this post on Instagram
İndiyədək ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.