CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətə şikayət eləmək asanlaşdı

© AFP 2024 / JEFF PACHOUDКомпьютерная мышь, фото из архива
Компьютерная мышь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Aidiyyati strukturlar problemləri  hesabat formasında, yəni hansı problemlərin olduğunu, hansı ərazilərdə problemlərin daha çox olduğunu, hansı problemin təkrar olduğunu görə biləcəklər"

BAKI, 22 avqust — Sputnik. Şikayətlər operativ surətdə dövlət qurumlarına göndəriləcək. "ASAN Xidmət"in sədr müavini Ceyhun Salmanov bildirib ki, bu sistemin tətbiqi ikitərəfli nəzarət sistemini qurmağa imkan verir və problemlər öz həllini qısa müddətdə, real vaxt rejimində tapacaq.

Ceyhun Salmanov qeyd edib ki, vətəndaşlar səs, video şəklində problemlərini sistemə göndərə bilər: "Sistem aidiyyatı strukturlara bunu yönləndirəcək. Aidiyyati strukturlar problemləri  hesabat formasında, yəni hansı problemlərin olduğunu, hansı ərazilərdə problemlərin daha çox olduğunu, hansı problemin təkrar olduğunu görə biləcəklər".

Xəbər lenti
0