ABŞ-da prezident seçkisi üçün sürpriz: Yerə asteroid yaxınlaşır

© Depositphotos.com / DigitalstormАстероид на фоне Земли
Астероид на фоне Земли - Sputnik Azərbaycan
Abunə olmaq
Asteroid 2018-ci il noyabrın 3-də kəşf olunub. O, “Apollonlar”, yəni yolu Yer orbiti ilə kəsişən asteroidlər qrupuna aid edilir.

BAKI, 22 avqust - Sputnik. ABŞ-da prezident seçkisi ərəfəsində, noyabrın 2-də 2018 VP1 asteroidi Yer kürəsin yaxınlığından keçəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilir ki, 2018VP1 planetimizdən 384 min km aralı keçəcək. NASA bildirir ki, asteroidin Yerin atmosferinə daxil olması şansı 240-da bir, yaxud da 0.41% təşkil edir.

Asteroid 2018-ci il noyabrın 3-də kəşf olunub. O, “Apollonlar”, yəni yolu Yer orbiti ilə kəsişən asteroidlər qrupuna aid edilir.

ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutacaq. Respublikaçılardan hazırkı Prezident Donald Tramp, demokratlardan isə Co Bayden seçicilərin səsini toplayaraq növbəti dörd ildə Ağ Evə sahiblik üstündə yarışacaqlar.

Xəbər lenti
0