Avropada yeni münaqişə ocağı yarana bilər – səbəb yenə torpaqdır

© AFP 2024 / FREDERICK FLORINШтаб-квартира Европейского суда по правам человека в Страсбурге
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге - Sputnik Azərbaycan
Abunə olmaq
Haqqında sözü gedən torpaqların sahəsi iki min kvadrat kilometrdən çoxdur, bu isə knyazlığın hazırkı sahəsini azı 10 dəfə üstələyir

BAKI, 22 avqust - Sputnik. Lixtenşteyn hökuməti Avropa İnsan Haqları Məhkəməsinə şikayət edərək İkinci Dünya Müharibəsinin sonunda Çexiyanın müsadirə etdiyi torpaqlarını geri istəyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times yazır.

İki ölkə arasında Lixtenşteynlər nəslinin əmlakının Beneş dekretləri üzrə müsadirəsinə dair fikir ayrılıqları var. Dekretlərə görə, Lixtenşteyn knyazları Almaniyanın nasist rejiminin kollaborantları elan edilmiş və Moraviya və digər bölgələrdəki  torpaqları əllərindən alınmışdı. Knyazlığın qiymətləndirmələrinə görə, keçmiş Çexoslovakiyanın hərəkətləri əsassız olub, çünki onların fikrincə, dekretlər Lixtenşteynin deyil, Almaniyanın vətəndaşlarına aid edilməliydi.  

Haqqında sözü gedən torpaqların sahəsi iki min kvadrat kilometrdən çoxdur, bu isə knyazlığın hazırkı sahəsini azı 10 dəfə üstələyir.  Bu ərazilərdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan Valtitse iqamətgahı və Lednitse qalası yerləşir.

“Bizim üçün Çexoslovakiya sərəncamlarının qanunsuz icrası və onun nəticələri həll olunmamış məsələ kimi qalır. Kompensasiyasız müsadirə qəbuledilməzdir”, - Lixtenşteyn XİN başçısı Katrin Eggenberger nəşrə deyib.

Çexiyanın Xarici işlər nazirinin müavini Martin Smolek də ölkəsinin ilkin mövqeyini açıqlayaraq bildirib ki, bu işə AİHM-də baxılmalı deyil, çünki məhkəmə insan haqları üzrə Avropa Konvensiyasından əvvəl yaranmış problemləri nəzərdən keçirmir.

Xəbər lenti
0