ABŞ-ın qərbindəki Ölüm Vadisində temperatur rekordu qeydə alınlıb: burada 54.4 dərəcə Selsi isti olub.
Kaliforniyada isə meşə yanğınları tüğyan edir. Çərşənbə günü ştatda fövqəladə situasiya elan edilib. 300-dən çox yanğın ocağı qeyd olunan 15 min hektar ərazidə baş verən fəlakət zamanı altı nəfər həlak olub, 43 sakin xəsarət alıb, 500-dək ev dağılıb.
Belarusda prezident seçkisindən sonra etiraz aksiyaları səngimir. Nəticəylə razılaşmayanlar, demək olar ki, hər gün küçələrə çıxaraq mitinq keçirir, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşurlar.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.