BAKI, 21 avqust — Sputnik. Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: "Lakin bu məsələyə gələcəkdə baxıla bilər".
Həmçinin qeyd edilib ki, yaxın vaxtlarda mütəmadi Baş Prokuror və Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə brifinqlər, mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulub. Kütləvi informasiya vasitələrinə tədbir keçirilməsi barədə ətraflı məlumatlar əvvəlcədən veriləcək.
Xatırladaq ki, Baş Prokurorluğun "Instagram" səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.
Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər.