BAKI, 21 avqust — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 180-dən çox şəxsə səyyar ASAN xidmət göstərilib.
© Photo : ASANSəyyar ASAN xidmət
Səyyar ASAN xidmət
© Photo : ASAN
Bu barədə "ASAN Xidmət"dən Sputnik Azərbaaycan-a verilən məlumatda bildirilib. Belə ki, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.