Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Körpə qidalarını arıqlamaq üçün yeməyin

© Sputnik / Murad OrujovБутылка с молочной смесью
Бутылка с молочной смесью - Sputnik Azərbaycan
Abunə olmaq
Belə məhsullarda normal həzm üçün cavabdeh olan qaba lif, kifayət qədər protein və yağ yoxdur. Eyni zamanda, körpə qidası gündə bir dəfə qəlyanaltı üçün olduqca uyğundur.

BAKI, 21 avqust — Sputnik. Arıqlamaq istəyənlər uşaq qidalarına keçəməməlidir, çünki onların tərkibində şəkər var. Bu barədə dietoloq Arina Skoromnaya danışıb.

Mütəxəssisin sözlərinə görə, uşaq qidalarına şəkər əlavə edilməsə də, onların tərkibində şəkər olur.

"Hazır kabohidratlardan püre alınır. Bu insan orqanizmində tez sovrulur və insulini artıra bilər. Bu xüsusilə almaya aiddir. Meyvə püresi arıqlamaq üçün uyğun qida deyil" - deyə dietoloq vurğulayıb.

Bununla yanaşı, körpə qidasında böyük insanlar üçün zəruri maddələr yoxdur. Belə məhsullarda normal həzm üçün cavabdeh olan qaba lif, kifayət qədər protein və yağ yoxdur. Eyni zamanda, körpə qidası gündə bir dəfə qəlyanaltı üçün olduqca uyğundur.

Xəbər lenti
0