CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hande Harmancıdan ümidverici sözlər: Daha yumşaldılmış formaya keçmək olar

© Sputnik / Murad OrujovЛюди в защитных масках на улице в Баку во время особого карантинного режима
Люди в защитных масках на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan hazırda rəng sistemi tətbiq etməklə bölgələrin virusa yoluxma riskini müəyyən edir. Bu bölgələrdə də daha sərt karantin rejimi tətbiq edilir ki, bu da çox doğru addımdır"

BAKI, 20 avqust — Sputnik. "Koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk. Payız mövsümündə koronavirus pandemiyası ilə bağlı yoluxmaların artacağı gözlənilir. Ölkələrdə ciddi, sərt karantinlərin tətbiqinə deyil, daha yumşaldılmış formada, qabaqlayıcı tədbirlərin görülməsinə, lokal qapanmalara gedərək xəstəliklə mübarizəni davam etdirmək olar”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib. O bildirib ki, artıq ÜST ölkələrin sərt karantin rejiminə qayıtmasını tövsiyə etmir. Lakin müəyyən bölgələr olaraq karantin tədbirlərinin yenidən tətbiqi və insanların qaydalara məsuliyyətli yanaşmasını tövsiyə edir:

"Virusla mübarizənin lokallaşdırılması, bölgələrdə xəstəliklə bağlı vəziyyəti gözdən keçirməsi vacibdir. Xəstəliyin olduğu kənd məhəllələrində lokal mübarizə metodları tətbiq edilməlidir".

H.Harmancı onu da bildirib ki, sosial məsafənin saxlanılması, əl gigiyenasına əməl edilməsi çox vacibdir: "Yenə də qapalı məkanlarda, bankların qarşısında tibbi maskalar olmadan dayanmaq, başqa şəxslərlə sıx ünsiyyət saxlamaq olmaz. Sadaladığımız bu qaydalara əməl olunarsa, ölkələrdə ciddi, sərt karantinlərin tətbiqinə deyil, daha yumşaldılmış formada davam etdirmək olar. Azərbaycan hazırda rəng sistemi tətbiq etməklə bölgələrin virusa yoluxma riskini müəyyən edir. Bu bölgələrdə də daha sərt karantin rejimi tətbiq edilir ki, bu da çox doğru addımdır".

Xəbər lenti
0