Alimlər təkzib edirlər: təyyarədə koronavirusa yoluxma şansları aşağıdır

© AP Photo / Michael ProbstСамолеты, фото из архива
Самолеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəyi soruşulan bir sıra ekspertlər hesab edirlər ki, hazırda təyyarədə koronavirusun ötürülmə şansları azdır.

BAKI, 20 avqust — Sputnik. Təyyarə göyərtəsində COVID-19 xəstəliyinə yoluxma şansları azdır. Sputnik Azərbaycan xəbər verir ki, CNN telekanalının rəyini soruşduğu bir sıra ekspertlər belə hesab edirlər.

Məsələn, reyslərdən birinin 12 sərnişinində koronavirus simptomatikası olduğu ortaya çıxdıqdan sonra 328-ə yaxın sərnişin və ekipaj üzvü yoxlanılıb. Lakin nə sərnişinlərdə, nə də ekipaj üzvlərində koronavirus aşkar edilib.

Son aylarda yoluxmuş sərnişinlərin təyyarə ekipajlarını və ya digər sərnişinləri yoluxdurma halları olsa da, virusun ötürülmə göstəriciləri hələ də aşağı səviyyədədir.

Yoluxma riskinin aşağı səviyyəsi onunla izah olunur ki, müasir təyyarələrin salonlarında hava hər iki-üç dəqiqədən bir təzə hava ilə əvəz olunur. Bundan əlavə, təyyarələrin əksəriyyəti hissəciklərin 99,99 faizini tutmaq üçün nəzərdə tutulmuş hava filtrlərinə malikdir.

Dünyada 22 milyondan çox koronavirus xəstəsi qeydə alınıb.

Xəbər lenti
0