CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya və yardım kartı itənlərə xəbərdarlıq

© Depositphotos.com / AllaSerebrinaПожилая пара во время прогулки
Пожилая пара во время прогулки - Sputnik Azərbaycan
Abunə olmaq
Kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər"

BAKI, 20 avqust — Sputnik. "Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını "Kapital Bank"ın plastik kartları vasitəsilə alan vətəndaşların diqqətinə çatdırırıq ki, kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib. O bildirib ki, Beynəlxaq Bankın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur.

Xəbər lenti
0