BAKI, 20 avqust — Sputnik. Ötən il Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə 37 308 abort qeydə alınıb.
Məlumata görə, abortlardan 49-u 15-17 yaş qrupuna, 1406-sı 18-19 yaş, 7101-i 20-24 yaş, 11617-si 25-29 yaş, 10947-si 30-34 yaş, 6188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.
Həmçinin qeyd edilib ki, 2019-cu ildə Azərbaycanda 21 ana ölümü qeydə alınıb.
Qeyd olunub ki, Sәhiyyә Nazirliyinin mәlumatına әsasәn, ölüm halları hamilәlik, doğuş vә zahılıq dövründә baş verib.