CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident icra başçısını işdən çıxardı

© Photo : Kurdamir districtKürdəmirin icra başçısı Ceyhun Cəfərov
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov  - Sputnik Azərbaycan
Abunə olmaq
Binəqədi rayon Məhkəməsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib

BAKI, 20 avqust — Sputnik. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Fərrux oğlu Cəfərov vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

Binəqədi rayon Məhkəməsində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Təqdimat təmin edilib və təqsirləndirilən şəxslərdən Tacəddin Novruzov və Natiq Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Binəqədi rayon Məhkəməsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0