BAKI, 20 avqust — Sputnik. Şimali Koreyanın lideri Kim Çen In "stresdən azad olmaq" üçün bəzi səlahiyyətlərini ən yaxın köməkçilərinə, o cümlədən kiçik bacısı Kim Yo Çjona həvalə edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın kəşfiyyat xidmətinin (NIS) açıqlamasına istinadən məlumat yayıb.
Milli Kəşfiyyat İdarəsi Şimali Koreya rəhbərinin "mütləq hakimiyyəti saxlayacağını", ancaq səlahiyyətlərini tədricən kiçik bacısına təhvil verəcəyini deyib.
"Sədr Kim Çen In hələ də mütləq hakimiyyəti saxlayır, ancaq onun bir hissəsi tədricən təhvil verilir. Yo Çjon de-fakto iki nömrəli liderdir, amma varis seçilməyib", – agentlik bildirib.
Kim Çen Inın bacısı Cənubi Koreya və ABŞ-la bağlı siyasətə və digər ümumi məsələlərə görə məsuliyyət daşıyacaq. Dövlət İşləri Komissiyası sədrinin müavini Pak Ponq Cu və yeni Baş nazir Kim Tok Hun iqtisadi sektoru üzərlərinə götürüblər. Hərbi məsələlər departamentinin müdiri Çxve Pu İl və partiyanın Mərkəzi Hərbi Komitəsinin sədr müavini Ri Pxyonçxol silahlı qüvvələrə cavabdeh olacaqlar.