CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir manatın da ardınca qaçacaqsan - fırıldaqçılar qara əməllərinə dövləti bulaşdırırlar

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İşədüzəltmə sahəsində xidmət göstərən fırıldaqçı şirkətlər üçün vahid reyestrin yaradılması heç bir effekt verməyəcək. Gərək vətəndaşlar özləri ayıq-sayıq olsunlar"

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Azərbaycanda məşğulluqla bağlı bir sıra tədbirlər görülsə də, hələ də işədüzəltmə adı altında fırıldaqçılıqla məşğul olan agentliklər öz fəaliyyətini davam etdirir. Əvvəllər işə düzəltmək adı ilə vətəndaşlardan 20-30 manat alan işədüzəltmə agentlikləri indi qiyməti artıraraq 40-45 manata çatdırıblar.

Люди в медицинских масках на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub

Bu günlərdə daha bir işədüzəltmə şirkətinin nümayəndəsi vətəndaşı aldadaraq onun 45 manatını mənimsəyib. Bu barədə Sputnik Azərbaycan-a danışan zərərçəkmiş Tahir Salmanov bildirib ki, internetdə "Liman" konserv zavodunun iş elanını gördükdən sonra 050-647-44-13 nömrəsi ilə əlaqə saxayıb. Şirkətin Maqsud adlı işçisi onun WhatsApp nömrəsinə iş barədə məlumat göndərərək elektron hökumət portalında qeydiyyatdan keçiriləcəyini, işə düzəlmək üçün 45 manat ödənilməli olduğunu söyləyib: "Mənə yazılı göndərilən məlumatda qeyd edilir ki, iş alınmasa, o pul geri qaytarılacaq. Bundan sonra mənim WhatsApp nömrəmə pulun ödənilməli olduğu bank hesabı göndərildi. Mən həmin şəxsin verdiyi bank hesabına pul ödədim. Özü ilə əlaqə saxlayıb pulu ödədiyimi söylədim. Bildirdi ki, mənimlə əlaqə saxlayacaqlar. İyulun 29-dan bu günədək həmin adamdan nə səs var, nə soraq. Əlaqə nömrəsinə də zəng çatmır.

Sözün açığı, mən bunun fırıldaq olduğuna inanmadım. Çünki bank hesabı olan şəxslərin bu cür fırıldağa əl atacaqları inandırıcı deyildi. Axı indi hansı dövrdür ki, insanları WhatsApp nömrəsində yazışma olduğu, bank hesabının kimə məxsus olduğu məlum olduğu halda aldadasan. Həmin şəxsin WhatsApp yazışması, səs yazısı, ödədiyim pulun bank hesabının qəbzi belə məndə var. Çox təəssüf ki, vətəndaşları elektron hökümət portalının linkini göndərərək iş təklifinin ciddi olduğuna inandırırlar. Mən də elə buna inanıb onların tələsinə düşdüm".

Sputnik Azərbaycan zərərçəkmiş şəxsin şikayətinə əsasən, Maqsud adlı şəxslə əlaqə saxlamağa cəhd etsə də, nömrəyə zəng çatmayıb. "Liman" konserv zavodu barədə isə internetdə heç bir məlumat aşkarlanmayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək "Əmək münasibətləri və məşğulluq" altsistemini hazırlayır. Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq. Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir.

Bəs görəsən, bu sistem işədüzəltmə sahəsində fırıldaqçılığın qarşısını ala biləcəkmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Sputnik Azərbaycan-a bildirib ki, reyestr fəaliyyətə başladıqdan sonra işədüzəltmə şirkətlərinin qeydiyyat prosesinə başlanacaq: "Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırda işədüzəltmə agentlikləri fərdi sahibkar olaraq fəaliyyət göstərirlər və vergi orqanlarına hesabat verirlər. Amma “Məşğulluq haqqında” yeni Qanunda işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən şəxslərin fəaliyyətinə nəzarət mexanizmi nəzərdə tutulub. Belə ki, bu məsələ ilə bağlı vahid informasiya bazası yaradılacaq və qarşılıqlı məlumat mübadiləsi aparılacaq.

Örtülü bazarın tavanı çökür - İşədüzəltmə şirkətləri nəzarətə götürüləcək>>

Həmçinin işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri yaradılacaq.

Hazırda bu istiqamətlə müvafiq işlər aparılır. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə təmin olunacaq. Reyestr əsasında vahid informasiya bazası yaradıldıqdan sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq.

Şirkətlər onlara müraciət edən işaxtaran və işsiz şəxslər, eyni zamanda işlə təmin etdikləri şəxslər barədə məlumatları və onlarda olan mövcud vakansiya siyahısını da reyestrə daxil edəcəklər. Yeni sistem vətəndaş narazılığının, pərakəndə fəaliyyətin və qeyri-qanuni halların qarşısını alacaq.

Onu da qeyd edək ki, qanunun tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. O ki qaldı hansısa vətəndaşın işədüzəltmə şirkəti tərəfindən aldadılaraq vəsaitinin mənimsənilməsinə, həmin şəxslər belə hallarla üzləşdikdə aidiyyatı üzrə müraciət edə bilərlər".

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vahid reyestr yaratmaqla işədüzəltmə sahəsində fırıldaqçılıqla məşğul olan şəxslərin qarşısını almaq mümkün olmaycaq: "İndi dövr dəyişib. İnternet əsridir. Nazirlik vahid reyestr yaratmaqla işədüzəltmə xidməti göstərən şirkətləri öz nəzarəti altında saxlamaq istəyir. Bu isə müəyyən bürokratik əngəllərə səbəb olacaq. İşədüzəltmə sahəsində xidmət göstərən fırıldaqçı şirkətlər üçün vahid reyestrin yaradılması heç bir effekt verməyəcək. Belə şəxslər əvvəl bir ofis açıb fəaliyyət göstərirdilərsə, bundan sonra işlərini sosial şəbəkə, internet üzərindən davam etdirəcəklər. Bunun qarşısını almaq çətindir. Gərək vətəndaşlar özləri ayıq-sayıq olsunlar. Belə dələduzlara inanmasınlar".

S.Məmmədov deyir ki, nazirlik bundansa effektiv sorğu xidməti yaratsa, daha yaxşı olar: "Nazirlik işədüzəltmə sahəsində dövlət qurumları və özəl sektorla partnyorluq edən şirkətləri araşdıraraq siyahısını hazırlaya bilər. Vətəndaş nazirliyə müraciət edərək işədüzəltmədə vasitəçilik edən həmin şirkət barədə məlumat ala bilər. Fikrimcə, bu daha effektiv olar. Bu sahədə bu cür dələduzluqların qarşısını almağın yoluna gəldikdə, vətəndaşların ayıq-sayıq olması və belə hallarla qarşılaşdıqda polisə müraciət etməsindədir.

Çox təəssüf ki, belə hallarda insanlar 20-30 manatın arxasınca getmirlər. Elə fırıldaqçıların da dələduzluğu buna hesablanıb. Onlar başa düşürlər ki, vətəndaş 20-30 manat üçün polisə müraciət etməyəcək. Çünki vaxtı itəcək, yola pul ödəyəcək və sair. Kütləvi şikayət olmadığı halda belə fırıldaqçıların tapılması mümkün deyil. Gərək ən azı 100 nəfər həmin şəxslə bağlı polisə müraciət etsin".

Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşlar belə halda ərazi üzrə polis idarəsinə müraciət etsinlər: "Vətəndaşlar çalışsınlar ki, belə fırıldaqçıların qurbanı olmasınlar. Amma artıq onların tələsinə düşüb aldanıblarsa, mütləq polisə müraciət etsinlər. Bu halda polis şikayət üzrə araşdırmaya başlaya bilər".

Xəbər lenti
0