BAKI, 20 avqust — Sputnik. Göyçayda yaşayış binasında uçqun olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.
Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.