CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lavrov Ceyhun Bayramovu Moskvaya dəvət edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива
Вид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Rusiyanın Xarici işlər nazirləri ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələləri, eləcə də regional və beynəlxalq durumu müzakirə edəcəklər

BAKI, 20 avqust — Sputnik. Rusiyanlın Xarici işlər naziri Sergey Lavrov avqustun 26-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Bayramovun Rusiyaya səfəri Lavrovun dəvəti əsasında gerçəkləşəcək.

"İki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələlərin, eləcə də regional və beynəlxalq durumun müzakirəsi planlaşdırılır", - Zaxarova söyləyib. 

Rusiya XİN sözçüsü həmçinin qeyd edib ki, həmin gün C.Bayramovun Rusiya hökuməti və Federal Şurada görüşləri də nəzərdə tutulur.

Xəbər lenti
0