BAKI, 20 avqust — Sputnik. Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəzifəyə Fərhad Rüfət oğlu Həsənov təyinat alıb. Qeyd edək ki, F.Həsənov daha əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.