Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şeyx Sənanı özbəkcə danışdıracaqlar

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dramaturqun sözügedən əsəri ən çox əcnəbi dillərə tərcümə olunan, bir çox dünya teatrlarında nümayiş olunan əsərlər sırasındadır

BAKI, 20 avqust — Sputnik. Hüseyn Cavidin "Şeyx Sənan" əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara vilayətinin rəhbərləri arasında razılıq əldə olunub.

Artıq Özbəkistanın Mədəniyyət Nazirliyi əsərin tamaşaya qoyulmasını təsdiq edib və tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcək.

Xatırladaq ki, 100 ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə "Arşın mal alan" Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.

Qeyd edək ki, dünya dillərinə tərcümə edilən Hüseyn Cavid irsinə mütəmadi olaraq müraciətlər olunur. Dramaturqun sözügedən əsəri isə ən çox əcnəbi dillərə tərcümə olunan, bir çox dünya teatrlarında nümayiş olunan əsərlər sırasındadır.

Xəbər lenti
0