Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İtlər koronaviruslu xəstəni müəyyən edə bilirmi?

© Sputnik / Murad OrujovМужчина с собакой в Баку, фото из архива
Мужчина с собакой в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Durham Universitetinin bu sınaqları müsbət nəticə verərsə, itlər COVID-19 xəstələrini qoxulamaqla müəyyən edərsə, bu zaman onlar 6 ay ərzində havalimanında da yoxlama-nəzarətdə iştirak edəcəklər.

BAKI, 19 avqust — Sputnik. İngiltərənin Durham Universiteti tərəfindən maraqlı bir araşdırmaya imza atacaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, özəl olaraq yetişdirilən itlərin COVID-19-lu xəstələri müəyyən edib-etmədiyi araşdırılacaq.

Universitet bunun üçün 24 saat ərzində test nəticəsi pozitiv olan könüllü xəstələrə müraciət edib. Sınaqda iştirak etmək istəyən xəstələr 12 saat ərzində xəstəxanaya təslim ediləcək və bundan sonra artıq ilkin işlərə başlanılacaq.

Durham Universitetinin bu sınaqları müsbət nəticə verərsə, itlər COVID-19 xəstələrini qoxulamaqla müəyyən edərsə, bu zaman onlar 6 ay ərzində hava limanında da yoxlama-nəzarətdə iştirak edəcəklər.

Qeyd edək ki, alimlər itlərin saatda 250 nəfəri qoxulaya bilmə bacarığına malik olduğunu vurğulayır..

Xəbər lenti
0