CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhədlərimiz etibarlı əllərdədir - Sərhəd zastavasında bir gün

© Sputnik / Leyla AbdullayevaСолдат Государственной пограничной службы, фото из архива
Солдат Государственной пограничной службы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhədçilər üçün yaradılan şərait standartlara tam uyğun görünürdü: zastava daimi isti su ilə təchiz edilib,  təmizliyə ciddi riayət olunur, yataq otaqları və yeməkxana nəzərəçarpacaq dərəcədə səliqəlidir.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 avqust – Sputnik. Dünən - 18 avqust sərhədçilərin peşə bayramı idi. Biz də onların həyat tərzini öyrənmək üçün Qusar rayonunda yerləşən  ucqar dağ massivində - dəniz səviyyəsindən 1600 metr  hündürlükdə yerləşən sərhəd zastavasına üz tutduq.

Zastavanın ucqarda, gözdən-üzdən uzaq yerdə yerləşməsinə baxmayaraq, buradakı nizam-intizam ilk baxışdan diqqətimizi cəlb elədi. Sərhədçilər üçün yaradılan şərait də standartlara tam uyğun görünürdü: zastava daimi isti su ilə təchiz edilib,  təmizliyə ciddi riayət olunur, yataq otaqları və yeməkxana nəzərəçarpacaq dərəcədə səliqəlidir.

© Sputnik / Leyla AbdullayevaSərhədçilər vaxtaşırı olaraq biliklərini də zənginləşdirirlər
Sərhədlərimiz etibarlı əllərdədir - Sərhəd zastavasında bir gün - Sputnik Azərbaycan
Sərhədçilər vaxtaşırı olaraq biliklərini də zənginləşdirirlər

Burada əsgərlərlə rəhbərlik arasında subardinasiya və ciddiyyət qorunur. Bununla yanaşı, səmimi mühit də diqqətimizdən yayınmır. Burada əsgərlər və zabitlər mehriban ailə kimi yaşayır.

Əsgərlər atlar və itlərlə keşiyini çəkdikləri əraziləri dolaşır, binoklla ətrafı və uzaq məsafələri diqqətlə nəzərdən keçirirlər.

Hərbi dərs və təlimdən sonra əsgərlərin hamısı bir nəfər kimi əllərini yuyub nahar masasına otururlar. Menyuda plov və sousdur. Yeməklər kənardan ləzzətli görünür. Ümumiyyətlə, sözügedən zastavada söhbətləşdiyimiz əsgərlər yeməklərin dadı və keyfiyyətindən razıdırlar. “Anamın bişirdiyi yeməyin dadını verməsə də, buradakı yeməklər də ləzzətli və doyumlu olur”, - deyə əsgərlərdən biri bildirir. Bir başqa əsgərə görə isə, buradakı yeməklər evdəki yeməkdən fərqlənmir, bəzənsə, hətta evdəkindən daha yaxşı olur.

Elçin Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elçin Quliyev Ermənistanla sərhəddə: xidməti-döyüş fəaliyyətinin təşkili yoxlanıb

Pandemiya dövrü olduğundan, əsgər görüşləri və məzuniyyətlər müvəqqəti olaraq təxirə salınıb. Bunun psixoloji baxımdan əsgərlərə necə təsir etdiyini öyrənməyə çalışırıq. Komandirlərinin icazəsi ilə əsgərlərlə söhbətləşdik. Onlar heç nədən narahat olmadıqlarını, ailələri üçün darıxsalar da, bunun müvəqqəti çətinlik olduğunu bildiklərini söylədilər.

Əsgərlərlə söhbətdən belə qənaətə gəldik ki, burada onlara kifayət qədər yaxşı hərbi təlim keçilir, üstəlik, vətənpərvərlik hissi aşılanır. Ümumi təəssüratımız isə belədir: Sərhədlərimiz etibarlı əllərdədir.

Ötən gün Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 101-ci ildönümü tamam oldu. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram bəsləyir və gələcəyə böyük inamla hərəkət edir.

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyadan qayıdan həmtəvənlərimizi Elçin Quliyev qarşıladı - FOTO

Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.

Ümummili lider Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Dövlət Sərhəd Xidmətinin yaradılması Azərbaycan sərhədçilərinə olan inamın bariz göstəricisi idi. 

Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsi sahəsi müasir texniki vasitələrlə təchiz olunub və orada qulluq edən əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşdırılıb.

Xəbər lenti
0