Həkimlər üçün mühüm xəbər - İyulun 1-dək vaxt var

© Photo : Press Service of the Department of health of Moscow / Mediabanka keçidСотрудники медицинского стационара в Коммунарке
Сотрудники медицинского стационара в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək

BAKI, 19 avqust — Sputnik. "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək. Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

Xəbər lenti
0