Yeni tədris ilinə hazırlıq müzakirə edildi

© REUTERS / AMIT DAVEДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib

BAKI, 19 avqust — Sputnik. Avqustun 19-da Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə M. Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.

Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.

Görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.

Xəbər lenti
0