Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 avqust — Sputnik. Daha əvvəl Türkiyənin şərqindəki şagirdlərin və məktəblərin ehtiyaclarını ödəmək üçün 2 müəllimlə "Toz təbaşir" kampaniyasına başlayan məşhur aktyor Kaan Yıldırım indi də maska firmasının satışından əldə ediləcək gəlirin bir qismini "Bənövşəyi dam" qadın sığınacağı fonduna bağışlamağı qərara alıb.
Mövzu ilə əlaqədar açıqlama verən Yıldırım, "əlimdən gəldiyi qədər sosial yardım layihələrinə dəstək olmağa çalışıram. Son illər təəssüf ki, qadına qarşı şiddət artıb. Bu səbəblə, "Bənövşəyi dam" qadın sığınacağının fonduna dətək olmaq istədim. Qadınlara azadlıq vermək və gender bərabərliyini təmin etmək məsələsinin vacib olduğunu hər gün daha çox anlayıram. "ProCare" maska satışlarından əldə etdiyimiz gəlirin bir qismini də həmin sığınacağa verəcəyik"-dedi.
Qeyd edək ki, məşhur aktyor "Kayıb", "Ulan İstanbul", "İnsanlıq suçu", "Adı mutluluk", "Bölük", "Yok artık" və s. film və seriallarında rol alıb.