CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kafelər açılmağa imkan tapmamış - Birgə reydlər keçiriləcək

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

BAKI, 19 avqust — Sputnik. Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakıda restoranların fəaliyyəti - Sputnik Azərbaycan
FOTO
"Tarqovı" yenə canlandı: Bakıda kafe-restoranlar qaynayır

Qərara uyğun olaraq müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına istinadla xəbər verir ki, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlərə başlanılmışdır. Reydlər zamanı Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.

Ресторан в Баку - Sputnik Azərbaycan
Kafe və restoranlar işləyə bilmək üçün bu qaydalara əməl etməlidirlər

Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilmişdir. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

Xəbər lenti
0