BAKI, 19 avqust — Sputnik. Rusiya Keyfiyyət Agentliyi (RKA) tərfindən bəzi marka ballarda antibiotik izləri müəyyən edilib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında yer alan məqalədə bildirilir.
Araşdırma zamanı 46 məhşur bal markasından nümunələr götürülüb. Məhsul antibiotiklər, pestisidlər və təhlükəsizlik göstəriciləri də daxil olmaqla 466 göstərici üzrə araşdırılıb.
Mütəxəssislərin rəyinə görə, 19 bal markasında antibiotik izləri aşkarlanıb.
Mütəxəssislərin fikrincə, arıçılar baytarlıq dərmanının istifadəsi qaydalarını pozduğuna görə və ya adi bir aptekdən antibiotik istifadəsi səbəbindən bu maddələr bala daxil ola bilər.
Araşdırılan nümunələrdə ağır metallar və arsen aşkar edilməyib. Eyni zamanda, 43 nümunədə müxtəlif texniki qaydalar və DST-ların pozulması, habelə aparıcı RKA standartının tələblərinə əməl edilməməsi aşkar edilib.
İki marka balda, ya şəkərin parçalanması və ya məhsulun saxlanma temperatur rejiminin pozulması nəticəsində kanserogen oksimetilfurfuralın həddindən artıq olduğu aşkar edilib. Bir nümunədə pestisidin izləri tapılıb.