CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bal yarmarkasında yenilik - barkod nömrələri olacaq

Abunə olmaq
Yarmarkadan bal alan istehlakçılar həmin nömrələri daha sonra sayta daxil edərək bu məhsulun kimə məxsus olduğu, hansı kənddən, hansı şəhərdən gətirildiyini öyrənə biləcəklər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Paytaxtda keçiriləcək bal yarmarkasında satışa çıxarılacaq bütün bal bankaları xüsusi barkod nömrələr ilə işarələnəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O, bildirib ki, yarmarkadan bal alan istehlakçılar həmin nömrələri daha sonra https://kenddenshehere.az/ saytına daxil edərək bu məhsulun kimə məxsus olduğu, hansı kənddən hansı şəhərdən gətirildiyini öyrənə biləcəklər. Onun sözlərinə görə, əgər məhsulun keyfiyyətində şübhələr yaranarsa bu zaman oktyabrın 19-dək həmin məhsullar xüsusi ayrılmış yerdə saxlanılacaq, yalnız yarmarka bitdikdən sonra məhsul arıçılara geri qaytarılacaq. B.Həsrətov bildirib ki, artıq bal yarmarkasına qeydiyyat da başlayıb və ilk dəfə olaraq qeydiyyat prosesi onlayn həyata keçirilir. Bu gündən etibarən qeydiyyatı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası sentyabrın 28-dən başlayaraq oktyabrın 18-dək davam edəcək.

Xəbər lenti
0